`Düşmənin 12 texnikasını məhv etdim` - Ordumuzun kapitanı


22:16     03 May 2016 d3963d517a46af13b102c73878b7a1fc.jpg

Aprelin əvvəlində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks hücuma keçdi. Ordumuz müxtəlif istiqamətlərdə bir sıra yüksəklikləri ələ keçirə bildi. Belə döyüşlərin getdiyi və ordumuzun qələbə qazandığı yerlərdən biri də Goranboyun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən, Tərtərin Talış kəndi yaxınlığında olan yüksəkliklərdir. Bu strateji əhəmiyyətli yerləri əldə edərkən Azərbaycan Ordusunun zabitləri şücaət göstəriblər.


Femida.az xəbər verir ki, həmin döyüşlərdə fərqlənən hərbçilərdən biri də kapitan Mirdamət Bağırovdur: “Aprelin əvvəllərində düşmən təxribatının qarşısını almaq məqsədi ilə düşmənin üzərinə yeridik. Xeyli sayda şəxsi heyətinin təkərli, zirehli texnikalarını məhv etdik. Onlar bizim gücümüzü görüb, silahlarını atıb qaçmağa məcbur oldular. Şəxsi heyətdə ruh yüksəkliyi var idi. Mən düşmənin 12 təkərli və zirehli texnikasını məhv elədim”.

Zabit Ali Baş Komandanın əmrini gözlədiklərini, hər an düşmən tapdağı altında olan torpaqlarımız azad etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Mirdamət Bağırov xidmətdə göstərdiyi şücaətə görə Ali Baş Komandan, prezident İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 7939